İran və Aİİ azad ticarət haqqında memorandum imzalayıb

22:00 | 19.01.2023
İran və Aİİ azad ticarət haqqında memorandum imzalayıb

İran və Aİİ azad ticarət haqqında memorandum imzalayıb

İran və Avrasiya İqtisadi İttifaqı (Aİİ) cümə axşamı azad ticarət haqqında memorandum imzalayıb. "RİA Novosti” xəbər verir ki, mərasim Tehranda Beynəlxalq Sərgi Mərkəzinin ərazisində baş tutub.

Sənəd İranın sənaye, mədən və ticarət nazirinin müavini, Ticarətin İnkişafı Təşkilatının rəhbəri Əlireza Peyman-Pakın iştirakı ilə imzalanıb.

2022-ci ildə İran və Aİİ arasında azad ticarət sazişi üzrə danışıqların bir neçə raundu baş tutub. Xüsusilə, rüsumların aradan qaldırılması üzrə qarşılıqlı öhdəliklərin formalaşdırılması və azad ticarət zonasının müəyyənləşdirilməsi müzakirə edilib
 
 Gülnar

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb