"İran İslam Respublikası və Sudan Respublikası iki ölkənin maraqlarını təmin etmək məqsədilə diplomatik münasibətləri bərpa etmək qərarına gəliblər. Hökumətlər suverenliyə, bərabərliyə, qarşılıqlı hörmətə, və ümumi maraqlara xidmət edəcək”, - diplomatik departamentin rəsmi Telegram kanalında dərc olunan bəyanatda deyilir.
Bəyanatda həmçinin qeyd olunub ki, tərəflər yaxın vaxtlarda səfirliklərin açılması üçün lazımi tədbirlərin görülməsi barədə razılığa gəliblər.
2016-cı il yanvarın 4-də Sudan hakimiyyəti İranla diplomatik münasibətləri kəsdiyini elan edib. Xartum vurğulayıb ki, onların fikrincə, İran regiondakı vəziyyətə müdaxilə edir və dini ədavət toxumu səpir. Bu qərara səbəb 2016-cı ilin yanvarında şiə təbliğçisi Şeyx Nimr ən-Nimrin Ər-Riyadda edam edilməsindən qəzəblənən iranlı etirazçıların Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə və onun Məşhəddəki konsulluğuna hücum etməsi olub.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !