İranda görünməmiş rüşvət qalmaqalı

19:57 | 18.03.2014
İranda görünməmiş rüşvət qalmaqalı

İranda görünməmiş rüşvət qalmaqalı

İranın keçmiş prezidenti Mahmud Əhmədinejatın köməkçisi Rıza Rahimi haqqında araşdırma başlanılıb. ANS PRESS-in məlumatına görə, araşdırma rüşvət iddiaları ilə bağlı yayılmış məlumatlar fonunda başlanılıb. Məhkəmə qarşısına çıxarılacaq Rahiminin dəqiq nə ilə ittham ediləcəyi açıqlanmayıb. Rahiminin ötən ilin sonlarında Türkiyədə rüşvət əməliyyatları zamanı saxlanılan Rza Zərrabın iranlı ortağı Babək Zencani ilə əlaqələrinə görə gündəmə gəldiyi istisna edilmir. Qeyd edək ki, ötən il də bu barədə iddalar yayılmışdı. Lakin keçmiş prezidentin köməkçisi barəsindəki məlumatları təkzib etmişdi. O, "əgər iddialar təsdiqlənsə, hər iki əlimi kəsməyə razıyam" demişdi. Zencani dekabr ayında neft satışı adı ilə Neft Nazirliyindən 2,7 milyard dollar mənimsədiyi üçün həbs edilmişdi. İranlı müstəntiq İshak Cihangiri ötən gün İran mətbuatına açıqlamasında rüşvətin miqyasının indiyədək görülməmiş miqyasa çatdığını deyib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM