İranda seçkilərin ikinci turu olacaq - Yenilənib

12:35 | 29.06.2024
İranda seçkilərin ikinci turu olacaq - Yenilənib

İranda seçkilərin ikinci turu olacaq - Yenilənib

İyulun 5-də İranda növbədənkənar prezident seçkilərinin ikinci turu keçiriləcək.Bu barədə İran mətbuatı məlumat yayıb.

Bildirilib ki, ikinci turda İranın Ali liderinin respublikanın Milli təhlükəsizlik üzrə Ali Şurasındakı nümayəndəsi, mühafizəkarlar qanadına mənsub Səid Cəlili və keçmiş səhiyyə naziri Məsud Pezeşkian mübarizə aparacaq.

"Hesablamaların nəticələrinə görə, Məsud Pezeşkian və Səid Cəlili prezident seçkilərinin ikinci turuna keçib”, -  məlumatda deyilir. 

 08:19

İranın dini liderinin respublikanın milli təhlükəsizlik üzrə Ali Şurasındakı nümayəndəsi, mühafizəkarlar qanadına mənsub Səid Cəlili 10,366 milyon səs (cəmi 61 milyon seçici) hesablandıqdan sonra növbədənkənar prezident seçkilərində öndədir.Bu barədə İslam Respublikasının seçki qərargahının nümayəndəsi Möhsün Əslami məlumat verib.

O, İRİB telekanalının efirində bildirib ki, 28 min seçki məntəqəsindən 58 min bülletenin sayılmasından sonra Cəlili 4,266 milyon səs toplayıb, əvvəllər seçkilərdə lider olmuş Səhiyyə Nazirliyinin sabiq rəhbəri Məsud Pezeşkyana isə 4,244 milyon nəfər səs verib. İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibafa seçicilərin 1,385 milyonu səs verib. Prezidentliyə dördüncü namizəd - Daxili İşlər və Ədliyyə Nazirliyinin sabiq rəhbəri - mühafizəkar Mustafa Purməhəmmədi 80,5 min səs toplayıb.

06:27

İranın dini liderinin respublikanın milli təhlükəsizlik üzrə Ali Şurasındakı nümayəndəsi, mühafizəkarlar qanadına mənsub Səid Cəlili 8,379 milyon səs (ümumi 61 milyon seçici) hesablandıqdan sonra növbədənkənar prezident seçkilərində liderdir.Bu barədə İslam Respublikasının seçki qərargahının nümayəndəsi Möhsün Əslami məlumat verib.

O, İRİB telekanalının efirində bildirib ki, 23 min seçki məntəqəsindən 58 min bülletenin sayılmasından sonra Cəlili 3,505 milyon səs toplayıb, əvvəllər seçkilərdə öndə olmuş Səhiyyə Nazirliyinin sabiq rəhbəri Məsud Pezeşkiyan isə 3,389 milyon səs toplayıb, İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibafa 1,116 milyon səs verib.

05:48

İslahatçı Məsud Pezeşkian və mühafizəkar Səid Cəlili İranda növbədənkənar prezident seçkilərində liderlik ediblər.Bu barədə "Tasnim” agentliyi seçici səslərinin sayılmasının ilkin məlumatlarına əsasən məlumat yayıb.
 
İranın Seçki Komissiyası 2,3 milyon səs sayıldıqdan sonra Pezeşkianın liderliyini təsdiqləyib.
Agentliyin məlumatına görə, Pezeşkian 42,6 %, Cəlil 38,8 % səs toplayıb. Agentlik mühafizəkarların ikinci namizədi - Məhəmməd Baqer Qalibafın səsləri barədə məlumat verməyib. "Tasnim”in məlumatına görə, seçkidə iştirak təxminən 40 % təşkil edib.

04:23

İslahatçı Məsud Pezeşkian və mühafizəkar Səid Cəlili İranda növbədənkənar prezident seçkilərində liderdirlər.Bu barədə "Tasnim” agentliyi seçici səslərinin sayılmasının ilkin məlumatlarına istinadən məlumat yayıb.

Məlumata görə, Pezeşkian 42,6 %, Cəlili 38,8 % səs toplayıb. Mühafizəkarların ikinci namizədi - Məhəmməd Baqer Qalibafın topladığı səslər barədə məlumat verilmir. "Tasnim”in məlumatına görə, seçkidə seçicilərin təxminən 40 %-i iştirak edib.

İranda prezidentin növbədənkənar seçkilərinə iyunun 28-də yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə saat 8:30) start verilib. Seçkilər mayın 19-da ölkə prezidenti İbrahim Rəisinin ölümü ilə əlaqədar keçirilir. Prezidentlik yarışında dörd siyasətçi iştirak edir: mühafizəkarlar Məhəmməd Baqer Qalibaf, Səid Cəlili, Mustafa Purməhəmmədi və islahatçı Məsud Pezeşkian.

Seçki məntəqələri yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 18:30) bağlanmalı idi, lakin istilər səbəbindən günortadan sonra, havalar nisbətən sərinlənəndə uzun seçici növbələri yaranmağa başlayıb. Buna görə də səsvermə vaxtı üç dəfə uzadılıb və nəticədə yerli vaxtla 00:00-da (Bakı vaxtı ilə 00:30) başa çatıb.

 09:19

İranda növbədənkənar prezident seçkiləri üçün səsvermə başlayıb.

Seçki məntəqələri yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə 08:30) açılıb.


Dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparır. İran Konstitusiyasının Keşikçilər Şurası əvvəlcə altı siyasətçinin ərizəsini təsdiqləsə də, iyunun 26-da mühafizəkarların xeyrinə namizədliyini geri götürdüyünü elan edən vitse-prezident Əmir Hüseyn Qazizadə Haşimidən sonra Tehran meri Əlirza Zəkani də iyunun 27-də analoji qərar verib.


O, mühafizəkarlar qanadından iki əsas namizədi - parlamentin spikeri Məhəmməd Bağır Qalibafı və respublikanın Təhlükəsizlik Şurasındakı ruhani liderin nümayəndəsi Səid Cəlilini dəstəkləyib. Onlardan başqa, yarışda mühafizəkar keçmiş Daxili İşlər və Ədliyyə Nazirliklərinin rəhbəri Mostafa Purməhəmmadi və islahatçı düşərgədən yeganə namizəd - keçmiş səhiyyə naziri Məsud Pezeşkian da var.


İranın "Mellat", ISPA və "Shenaaxt" beyin mərkəzlərinin bütün seçki kampaniyası boyu keçirdiyi rəy sorğularının son nəticələrinə görə, hazırda Pezeşkian liderdir. Sonra cüzi fərqlə Cəlili və Qalibaf müvafiq olaraq ikinci və üçüncü yerləri tuturlar.


İranda 60 minə yaxın seçki məntəqəsi və 90 min səsvermə məntəqəsi fəaliyyət göstərir. Azı 344 dairə ölkədən kənarda olan vətəndaşlar üçün açıq olacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM