İranda qaş almaq qadağan edildi

15:44 | 02.05.2015
İranda qaş almaq qadağan edildi

İranda qaş almaq qadağan edildi

İranda kişilərə qaş aldırmaq qadağan edilib.
 
Axar.az xəbər verir ki, İranda kişilər arasında qaş aldırmaq genişləndiyinə görə, "Kişi Bərbər və Bərbərxanalar Birliyi” qaş aldırmağın kişilər üçün qadağan olduğunu, xəbərdarlıqları nəzərə almayan bərbər dükanları və salonlarının bağlanacağını açıqlayıb.
 
Bərbərlər Birliyinin rəhbəri Mustafa Guvahi qaş aldırmaqla bərabər solyarium (süni yolla qaralma) və döymə vurdurmağın da kişi bərbərxanalarında qadağan olduğunu qeyd edib. Guvahi bildirib ki, bu xidmətlər kişi müştərilərə göstərilərsə, həmin bərbərxananın möhürlənəcək.
 
Kişilər arasında qaş aldırmağın çoxalması din alimlərini də narahat edir. İranlı Ayətullah Mehdi Hadeyi Tehrani bu mövzu ilə əlaqədar belə açıqlama verib: "Kişilərin qadınlara bənzəməsi caiz deyil. Kişilərin qaş aldırması kişinin qadına bənzəməsinə səbəb olursa, bu işə izn verilə bilməz”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM