İranda seçki qutusunu daşıyan avtomobilə atəş açılıb

09:28 | 29.06.2024
İranda seçki qutusunu daşıyan avtomobilə atəş açılıb

İranda seçki qutusunu daşıyan avtomobilə atəş açılıb

Naməlum şəxslər İranın Sistan və Bəlucistan vilayətlərində seçki qutularını daşıyan avtomobilə atəş açıblar.Bu barədə "Tasnim” xəbər verir.
 
Hücum nəticəsində təhlükəsizlik xidmətinin iki işçisi həlak olub.
İranın "Press TV” telekanalının məlumatına görə, hadisə zamanı daha beş nəfər yaralanıb. Öz növbəsində, "Fars” agentliyi hücumdan sonra bülletenlərin səslərin sayıldığı vilayət qubernatorluğuna aparıldığını bildirib.

İran ərazisində fəaliyyət göstərən silahlı qruplaşmaların heç biri hücuma görə məsuliyyəti üzərinə götürməyib.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb