İran-İraq sərhədində baş vermiş zəlzələ zamanı yaranan dərinlik qırılmalarının Azərbaycanla əlaqəsi yoxdur.
anews.az xəbər verir ki, bunu Trend-ə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, İranda baş verən zəlzələnin Azərbaycanda olan zəlzələ ocaqlarını oyatmaq ehtimalı yoxdur: "Həmin zəlzələ Azərbaycanda o dərəcədə güclü hiss olunmayıb ki, ocaqlarda zəlzələ baş versin”.
Q.Yetirmişli əlavə edib ki, Azərbaycanda hər gün zəif təkanlar qeydə alınsa da, güclü, dağıdıcı zəlzələnin olması təhlükəsi yoxdur.
Qeyd edək ki, İranla İraq sərhədində 7,4 bal gücündə zəlzələ baş verib.
Zəlzələnin episentri İranın Sərpol Zəhab şəhərindən 32 km şimalda, İraqın Süleymaniyyə şəhərindən 100 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub. Son məlumatlara görə, zəlzələ nəticəsində 207 nəfər dünyasını dəyişib, təxminən 1700 insan yaralanıb.
İraqda 4 nəfərin öldüyü, 200-dən çox nəfərin isə yaralandığı bildirilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !