İrandan BBC-yə 1 həftəlik icazə

19:36 | 05.08.2015
İrandan BBC-yə 1 həftəlik icazə

İrandan BBC-yə 1 həftəlik icazə

İranın mədəniyyət nazirinin sözçüsü Hüseyn Nuşabadi ingilis yayım quruluşu BBC-nin bir qrup müxbirinə xəbər hazırlamaq üçün 1 həftəlik ölkəyə səfər etməsinə izacə verib.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, İran hakimiyyəti hələ 2009-cu ildə prezident seçkiləri zamanı etiraz aksiyaları ilə bağlı xəbərləri dünya ictimaiyyətinə çatdırdığına görə BBC-nin akkreditasiyasını ləğv etmiş, qurumun farsca yayımları dayandırılmışdı.

Nuşabadi icazənin müəyyən müddət üçün keçərli olduğunu deyib və BBC-nin farcsa yayımından söhbət belə gedə bilmədiyini vurğulayıb. Hələ ki, BBC bu xəbəri təsdiq etməyib, amma "Bir müxbirimiz 1 günlüyünə Tehrana getmişdi" açıqlamasını verib. 

Həmin müxbirin İranla razılığa gəlinən nüvə proqramına dair veriliş hazırlayacağı gözlənilir. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM