İrandan tarixi nüvə bəyanatı

13:18 | 05.03.2015
İrandan tarixi nüvə bəyanatı

İrandan tarixi nüvə bəyanatı

İran xarici işlər naziri Cavad Zərif Amerikanın "NBC" kanalına verdiyi xüsusi müsahibədə nüvə razılaşmasına çox yaxın olduqlarını açıqlayıb.
 
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, İranın hədəfinin nüvə silahını inkişaf etdirmək olmadığını vurğulayan C.Zərif eyni zamanda xatırladıb ki, nüvə silahları heç kimə nədəsə təminat gətirə bilməz. Zərif İranın nüvə tədqiqatlarının məqsədinin elm sahəsində möhkəmlənmək və milli bir qürur mənbəyi olduğunu bildirib: "Fikrimcə, anlaşma çox yaxında baş tuta bilər. Amma hələ də aradan qaldırılması vacib olan kiçik detallar var".

C.Zərif Obamanın sazişi təsdiq edəcəyi ümidində olduqlarını da söyləyib.
 
İsrailin baş naziri Benyamin Netanyahu dünən ABŞ senatındakı çıxışında nüvə silahlanması yolunda İranın qarşısının alınmasının vacibliyini bildirmişdi.

Zərif İsrail baş nazirinə cavab olaraq "Netanyahu 1992-ci ildən bu yana hər 2-3 ildən bir İranın nüvə silahlarına sahib olacağını iddia edir" - deyə bildirib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti