İranın Baş Qərargah rəisi general-mayor Həsən Firuzabadi rəsmi yığıncaqların birində Səudiyyə Ərəbistanının Yəmənə hücum etməsini pisləyib və bunun onlar üçün pis nəticələnəcəyini qeyd edib.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, İran generalı öz nitqini "bu zülm Səudiyyə Ərəbistanın yox olmasına səbəb olacaq” cümləsi ilə bitirib.
İran rəsmisi bu addımı ABŞ-ın diqtəsi ilə həyata keçirildiyini də xüsusi şəkildə qabardıb.
Qeyd edək ki, bir müddət öncə Səudiyyə Ərəbistanı Yəmən ərazisində xeyli insanın ölümü ilə nəticələnən xüsusi əməliyyat keçirib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !