İran İranı Ermənistanla birləşdirən bu regionda tarixi marşrutunun məhdudlaşdırılmasına və ya bağlanmasına imkan verməyəcək. Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan "Əl-Vəfaq” qəzetinə müsahibəsində deyib.
Sentyabrın əvvəlində Abdollahian türkiyəli həmkarı Hakan Fidanla danışıqlardan sonra Tehranın regionda geosiyasi dəyişiklikləri qəbul etməyəcəyini bildirib.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov hesab edir ki, İran Zəngəzur dəhlizinin açılmasına maraqlı deyil.
"Regionumuzda
baş verən son mürəkkəb proseslər fonunda İran-Ermənistan münasibətlərində yeni
məqamlar, yeni çalarlar üzə çıxır. Ermənistanın ABŞ ilə yəni İran İslam
Respublikasının baş düşmən hesab etdiyi dövlətlə birlikdə hərbi təlimlər keçirilməsini
rəsmi Tehran öz təhlükəsizliyi üçün təhdid hesab edir və bunu açıq şəkildə
bildirir. İran prezidenti İbrahim Rəisinin Ermənistan baş naziri Nikol
Paşinyanla telefon danışığında da bu etirazını açıq şəkildə etiraf edib və
regionda hər hansı geosiyasi dəyişikliklərin baş verməsinin əleyhinə olduğunu və
buna imkan verməyəcəyini söyləyib. İran tərəfi İranı Ermənistanla bağlayan regionda tarixi
marşurutların məhdudlaşdırılmasına və ya bağlanmasına imkan verməyəcəyini də bildirib. Əslində
bu bizim üçün yeni hadisə deyil. İran-Ermənistan münasibətlərində bu yeni məqamlar
yeni gərginlik ocağının yaranmasına qədər İran bu tezisi hər zaman səsləndirirdi
və biraz da açıq desək İran Zəngəzur dəhlizinin açılmasına və Zəngəzur dəhlizinin
işə düşməsinin əleyhinə idi və hətta Türkiyyə Cumhiryətinin prezitenti Ərdoğan çıxışlarından birində Zəngəzur dəhlizinin açılasını Ermənistandan daha
çox İranın istəmədiyini bildirmişdi", - deputat açıqlayıb.
Nəsirov deyir ki, Zəngəzur dəhlizinin açılması İranın mövqeyinə zidd ola bilməz.
"Faktiki olaraq İranın bu məsələlərlə bağlı
mövqeyində bir dəyişiklik baş verməyib və İran hesab edir ki, Zəngəzur dəhlizinin
işə düşməyi guya ki, onun strateji marağına ziddi və bu tamamilə yanlış bir
mövqeydir. Azərbaycan İranla mehriban qonşuluq münasibətlərinin saxlanılmasında maraqlıdır. Biz regionda əməkdaşlıq mühitinin formalaşmasında maraqlı tərəfik. Bunu dəfələrlə
Azərbaycan prezitendi İlham Əliyev çıxışlarında vurğulayıb. İranın regionla bağlı bu cür yanaşmaları anlaşılmazdı
çünki Azərbaycanın bu istiqamətdə atacağı addımlar İrana qarşı yönəlməyib, əksinə
regionda sabitliyin, iqtisadi əməkdaşlıq mühütünün formalaşmasına xidmət göstərir", - o vurğulayıb.
Siyasi məsələlər üzrə ekspert Tural İsmayılovun fikrincə İran rəsmilərinin Azərbaycan haqda verdiyi açıqlamaların heç biri səmimi deyil.
"İran rəsmilərinin
Azərbaycan əleyhinə verdiyi açıqlamalar heç bir səmimiyyətə sığmır. Bir tərəfdən
guya İran Azərbaycanla münasibətlərin yaxşılaşdırılmasında marağı olduğunu söyləyir, digər tərəfdən belə qəribə açıqlamalarla vəziyyəti gərginləşdirməyə
çalışır. Bütün bunlar onu göstərir ki, hətta münasibətlərin ən yaxşı olduğu
dövürdə belə biz İrana güvənə bilmərik və güvənməməkdə haqlıyıq. İranın
siyasi rəhbərliyinə yaxşı məlumdur ki Zəngəzur dəhlizinin açılması və ümumiyyətlə
Azərbaycanın regionda düşündüyü layihələrin heç biri İranın marağlarına qarşı deyil və eyni
zamanda İran Ermənistan adasındaki qovşaqların bloklanması və ya pozulması deyil. İran məntiqli düşünsəydi,siyasi proseslərə rasional yanaşsaydı, Azərbaycanın təklif
etdiyi variantları ən məqbulu hesab edərdi. Görürük ki, İranın Azərbaycanın təkliflərinə
qarşı belə irrasional mövqeyi, qeyri-səmimi yanaşması artıq uzun müddətdir davam
edir. Hətta münasibətlər yaxşılaşsa belə İran Zəngəzur dəhlizi ilə bağlı məsələdə
Ermənistanın varisi qismində iştirak edir və Türk dünyasının coğrafi baxımdan
birləşmə, yəni yeni kommunikasiya, logistika imkanlarının yaranmasını qəbul
etmir, həzm etmir və bu prosesi sabotaj etmək üçün müxtəlif dövrlərdə İran rəsmilərinin
dilindən belə qeyri-rəsmi şantajlar səsləndirir", - politoloq qeyd edib.
Sentyabrın 17-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı ilə telefon danışığı zamanı Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrləri arasında keçirilmiş son görüşlərdən irəli gələn məsələlər və atılacaq növbəti addımlar nəzərdən keçirilib.
Sentyabrın 11-də İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani mətbuat konfransında bildirib ki, Tehran Qafqazdakı vəziyyəti diqqətlə izləyir və sülh və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistan və Azərbaycanla əlaqə saxlayır.
Gülnar Nazimqızı
Çinar Axundzadə
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !