İranın baş prokuroru Tehrandakı səfirliyə hücumun cinayət prosesindən danışdı

13:02 | 14.09.2023
İranın baş prokuroru Tehrandakı səfirliyə hücumun cinayət prosesindən danışdı

İranın baş prokuroru Tehrandakı səfirliyə hücumun cinayət prosesindən danışdı

Tehrandakı Azərbaycan səfirliyinə hücumla bağlı cinayət işi məhkəməyə göndərilib. Bunu İran İslam Respublikasının Baş prokuroru Mohammad Kazem Movahedi-Azad Azərbaycanın Baş prokuroru Kamran Əliyevlə görüşündə deyib.

İranın Baş prokuroru baş verən hadisənin cinayət işi ilə bağlı prosesi nəzarətində saxladığıını açıqlayıb və iş üzrə ədalətli qərar veriləcəyini söylədiyini bildirib. 
 
Sentyabrın 13-də Tehranın Baş və İnqilab Məhkəməsinin prokuroru Əli Salehi deyib ki, Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı basqın etməkdə təqsirləndirilən şəxslər barəsində ibtidai istintaq tamamlanıb və onlara ittiham aktı təqdim edilib. 
 
Avqustun 8-də İranın baş prokurorunun müavini Mehdi Əmiri İsfahani Azərbaycanda baş prokorur Kamran Əliyevlə görüşündə məlumat verərəkən bildirib ki, Tehranda Azərbaycan səfirliyində baş vermiş terror aktının istintaqı qısa zamanda tamamlanacaq və təqsirli şəxslər layiqli cəzasını alacaq.
 
İyulun 5-də İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan da açıqlama verərək bildirib ki, Tehranda Azərbaycan səfirliyində törədilən cinayətin səbəbkarına ağır və şiddətli cəza veriləcək. 
 
Bakı ilə Tehran arasında münasibətlər bu ilin yanvarında Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın nəticəsində diplomatik missiyanın mühafizə rəisinin həlak olması və onun iki həmkarının yaralanmasından sonra xüsusilə gərginləşib. Hadisədən sonra Azərbaycan səfirliyi diplomatik fəaliyyətini dayandırıb, əməkdaşları və onların ailə üzvləri Azərbaycana təxliyə edilib. Rəsmi Bakı Tehranın son vaxtlar Azərbaycanla sərhəddə təşkil etdiyi irimiqyaslı hərbi təlimləri də qeyri-dost addım kimi qiymətləndirir. Bundan əlavə, Bakı martın sonunda Azərbaycan parlamentinin deputatı Fazil Mustafanın həyatına sui-qəsddə İranın əli olduğunu açıqlayıb.


Aprelin 6-da İranın Bakıdakı səfirliyinin 4 əməkdaşı persona non-qrata elan edilərək 48 saat ərzində Azərbaycanı tərk etmələri barədə göstəriş verilib.
 
Gülnar 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM