İranla Azərbaycan arasındakı münasibətlərdə yumşalma var. Bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.
Oktyabrın 3-də Preizdentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Tehranda səfərdə olub. O, İranda bir sıra yüksək rütbəli şəxslərlə görüşüb.
Bakı ilə Tehran arasında münasibətlər bu ilin yanvarında Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın nəticəsində diplomatik missiyanın mühafizə rəisinin həlak olması və onun iki həmkarının yaralanmasından sonra xüsusilə gərginləşib. Hadisədən sonra Azərbaycan səfirliyi diplomatik fəaliyyətini dayandırıb, əməkdaşları və onların ailə üzvləri Azərbaycana təxliyə edilib. Rəsmi Bakı Tehranın son vaxtlar Azərbaycanla sərhəddə təşkil etdiyi irimiqyaslı hərbi təlimləri də qeyri-dost addım kimi qiymətləndirir. Bundan əlavə, Bakı martın sonunda Azərbaycan parlamentinin deputatı Fazil Mustafanın həyatına sui-qəsddə İranın əli olduğunu açıqlayıb.
Gülnar Nazimqızı
Bizi sosial şəbəkələrdə izləyin !