İranın paytaxtı köçürülür

20:57 | 30.04.2014
İranın paytaxtı köçürülür

İranın paytaxtı köçürülür

İranın paytaxtı Tehranın köçürülməsi məsələsinə gələn həftə baxılacaq. ANS PRESS-in məlumatına görə, İranın Basid agentliyi paytaxt Tehrannın köçürülməsi məsələsinin yenidən gündəmə gətirildiyini yazıb.Bu barədə İran parlamentinin deputatı Əmir Hocasteh danışıb. O, ölkə prezidenti Ruhaninin və onun administrasiyasının köçürülmə planı ilə razı olduğunu bildirib.Tikinti məmurları və şəhər tikinti idarəsinə bu məsələnin ətrafında araşdırmalar aparılması üçün göstəriş verilib. Artıq gələn həftə İran Parlamentində paytaxtın köçürülməsi ilə bağlı qanun layihəsini müzakirəyə çıxaracağı gözlənilir.Paytaxtın köçürülməsinə tərəfdar olanlar bu yerdəyişməni Tehranda tez-tez zəlzələlərin olması və havanın çirklənməsi ilə əlaqələndirirlər. Paytaxtın hansı şəhərə köçürüləcəyi isə hələ açıqlanmayır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti