İraq Türkiyəni məhkəməyə verir

16:02 | 24.05.2014
İraq Türkiyəni məhkəməyə verir

İraq Türkiyəni məhkəməyə verir

Asəm Cihad: "Türkiyə İraq Kürdistanından qeyri-qanuni neft ixracını həyata keçirir"

Iraq Neft Nazirliyi Türkiyə hökumətini məhkəməyə verir. 

ANS PRESS-in məlumatına görə, nazirlik həm Türkiyə hökumətini, həm də “Botaş” şirkətini Beynəlxalq arbitraj məhkəməsinə vermək üçün hazırlıq proseslərinə başlayıb. Belə bəyanatla nazirliyin nümayəndəsi Asəm Cihad çıxış edib. O, bildirib ki, Türkiyə İraq Kürdistanından qeyri-qanuni neft ixracını həyata keçirir.

“Türkiyə və İraq arasında 2010-cu ildə ikitərəfli razılaşma əldə olundu. Lakin Türkiyə İraq Kürdistanından qeyri-qanuni neft ixrac etməklə bu razılaşmanı pozdu. Buna görə də, İraqın Neft Nazirliyi Türkiyəni və “Botaş” şirkətini məhkəməyə verməyi qərara alıb. Məhkəmə zamanı 2010-cu ildə əldə olunan razılaşmadakı mübahisəli məsələlər müzakirə ediləcək”.

Xatırladaq ki, Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız İraq neftinin Türkiyə ərazisindən xarici bazarlara çıxarılacağını bəyan etmişdi.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti