"Report" xəbər verir ki, bu barədə İraq hökumətindəki mənbəyə istinadən "Sputnik" yazır.
"Ölkə hökuməti Türkiyənin bizim mehriban qonşuluq münasibətlərimizə hörmətsizlik edəcəyi və qoşunlarını İraq ərazisindən çıxarmaqdan imtina edəcəyi təqdirdə BMT Təhlükəsizlik Şurası, Ərəb Dövlətləri Liqasına müraciət edəcək, həmçinin iqtisadi məhdudiyyətlərə əl atacaq", — deyə mənbə bildirib.
Bundan əvvəl KİV 130 türk əsgərinin İraq kürdlərinə təlim keçmək üçün ölkənin şimalında yerləşən Mosul şəhəri ətrafına yollandığını yazıb. "Reuters" Türkiyənin təhlükəsizlik xidmətindəki mənbəsinə istinadən Ankaranın beynəlxalq anti-terror koalisiyasını bu barədə xəbərdar etdiyini xəbər verib.
İraq rəsmiləri Türkiyə batalyonunun ölkə ərazisində peyda olmasını müdaxilə adlandırıblar və heç bir hərbi əməliyyatların Bağdad ilə razılaşdırılmadığını qeyd ediblər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !