"Hörmət etməyimə baxmayaraq bunun səbəbini İrəvanın mövqeyində görürəm", - Rusiya XİN rəhbəri uyğun suala cavabında deyib.
"İrəvana kimin məsləhət verdiyini bilmirəm. Amma onu deyə bilərəm ki, biz Avropa İttifaqı, Fransa, Almaniya və ABŞ Rusiya-Ermənistan-Azərbaycan arasında marşrutların açılması, sərhədlərin müəyyənləşdirilməsi, sülh müqaviləsinin hazırlanması istiqamətində gedən prosesin nəticə verdiyini duyan kimi müdaxilə etməyə və spoyler rolunu oynamağa başladılar”, - Lavrov söyləyib.
Rusiya xarici siyasət idarəsinin rəhbəri Qərbin münasibətlərin normallaşdırılması üzrə danışıqlara müdaxiləsi kontekstinə toxunaraq deyib ki, 2003-cü ildə Rusiya vasitəçilik rolu oynayıb, Kişinyov və Tiraspol arasında memorandumun mətnini razılaşdırıb, hətta bu sənəd paraflanıb. Lakin saziş Avropa İttifaqının Moldovaya təzyiqi səbəbindən imzalanmayıb.
"Həmçinin 7 il əvvəl Minsk razılaşmaları yerinə yetirilsəydi, Ukrayna problemi həll oluna bilərdi. Lakin Qərb buna imkan vermədi", - Lavrov deyib.
Bundan əvvəl Azərbaycan Prezidenti yerlə televiziya kanallarına müsahibəsində bildirib ki, yanvarda delimitasiya məsələsinin müzakirəsi üçün Azərbaycan və Ermənistan arasında yaradılan komissyaların görüşü nəzərdə tutulur.
Yanvarda Ermənistanla Azərbaycanın xarici işlər nazirlərinin yanvarda ABŞ-da görüşməsi ilə bağlı razılıq əldə olunub.
Bundan əvvəl Ermənistanın xarici işlər naziri təklif edib ki, Bakı ilə İrəvan arasında sülh sazişi "3+3" formatında Türkiyə və İranın iştirakı ilə imzalana bilər.
Dekabrın 25-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan televiziyasında müsahibəsində bildirib ki, Ermnistanla 2024-cü il görüşlərin keçirilməsinə ümid edir.
Nazir bildirib ki, sülh müqaviləsi sənədi ilə bağlı noyabrda Ermənistan aldıqları təkliflər paketini işləyərək Ermənistana göndəriblər.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, son 3 ayı Ermənistanla Azərbaycan arasındakı münasibətləri ən sakit dövr hesab etmək olar.

Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında üçətərfli bəyanata əsasən dayandırılıb. Azərbaycan 2023-cü ilin sentyabrında Qarabağda lokal antirerror əməliyyatları keçirib. Bundan sonra Qarabağda olan bütün ərazilərə nəzarətin bərpası Azərbaycan tərəfinə keçib.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !