Çirkli pulların yuyulmasında Azərbaycana yardım

23:59 | 03.07.2015
Çirkli pulların yuyulmasında Azərbaycana yardım

Çirkli pulların yuyulmasında Azərbaycana yardım

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM) sahəsində beynəlxalq standartları müəyyən edən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi qrupunun tələblərinə əsasən, Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti və digər müvafiq dövlət orqanları tərəfindən həyata keçirilən milli risk qiymətləndirilməsi layihəsi çərçivəsində Bakıda seminar təşkil edilib.

Trend-in Maliyyə Monitorinqi Xidmətinə istinadən verdiyi məlumata görə, Dünya Bankının metodologiyası əsasında müvafiq dövlət orqanlarının nümayəndələrinin təmsil olunduğu işçi qrupları tərəfindən aparılan bu layihənin yekun seminarında zəifliklər, təhdidlər və sektorlar üzrə hesabatların təqdimatları keçirilib və PL/TMM sahəsində müəyyən edilmiş zəiflikləri və riskləri aradan qaldırılması ilə bağlı hazırlanmış Milli Fəaliyyət Planının layihəsi müzakirə edilib.

Tədbirdə Dünya Bankının ekspertləri Klaudiyo Stroliqo, Kori Votava, Cuzeppe Lombardo və Samir Məğrub qeyd olunan sənədlərə rəylər verib. Seminarın son günündə isə sözügedən sənədlər müvafiq dövlət orqanlarını təmsil edən rəhbər şəxslərə təqdim edilib və müzakirə olunub.

Qəbul olunmuş qrafikə uyğun olaraq müzakirələr zamanı verilmiş rəy və təklifləri nəzərə alınmaqla yekun hesabat və Milli Fəaliyyət Planının son variantının tamamlanması və ekspertlər tərəfindən baxılması üçün cari ilin sentyabr ayında Dünya Bankına göndərilməsi nəzərdə tutulur.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM