İş adamını qətlə yetirən azərbaycanlı Ermənistana qaçdı

18:45 | 16.04.2014
İş adamını qətlə yetirən azərbaycanlı Ermənistana qaçdı

İş adamını qətlə yetirən azərbaycanlı Ermənistana qaçdı

Ermənistan Moskvada qazaxıstanlı iş adamını qətlə yetirməkdə təqsirləndirilən azərbaycanlı killeri Rusiyaya təhvil verib.APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə “Baltinfo” informasiya agentliyi məlumat yayıb.İş adamını qətlə yetirməkdə şübhəli bilinən azərbaycanlının 2004-cü ildə Rusiya vətəndaşlığı aldığı bildirilir. Sifarişli qətl törədən azərbaycanlı aprel ayında Rusiya və Ermənistan polisinin birgə keçirdiyi əməliyyat tədbiri nəticəsində yaxalanaraq Rusiya Federasiyasına ekstradisiya olunub.Azərbaycanlı killer 2012-ci ilin aprelində Moskvanın Beqovoy küçəsində sifarişli qətl törədib. Belə ki, 2012-ci il aprelin 19-dan 20-nə keçən gecə Beqovoy küçəsində 7 güllə yarası almış 52 yaşlı qazaxıstanlı iş adamının cəsədi tapılıb. Hadisə yerindən 100 metr aralıda isə qətldə istifadə olunan tapança aşkar olunur. Qazaxıstanlı iş adamının avtoyuycu sahibi olduğu bildirilib.Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qatilin Rusiya ərazisindən qaçdığı məlum olub.Azərbaycanlı killerin 27 yaşlı Vladimir şəhər sakini olduğu bildirilib. Hazırda qətli sifariş verənin kimliyinin araşdırılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM