• $ 1.7
  • € 1.9265
  • ₽ 0.021007
  • ₺ 0.0438
  • £ 2.2837

İşğaldakı Laçın - VİDEO

İşğaldakı Laçın - VİDEO
29.05.2020 04:23
Laçının yeni video görüntüsü yayılıb. Avropa.info xəbər verir ki, Ermənistanın artsakh.tv-si Azərbaycanın işğal olunmuş Laçın rayonunun Pircahanlı kəndindən reportaj hazırlayıb. Pircahan -- Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Pircan kəndi rayon mərkəzindən təxminən 35 km qərbdə yerləşir. Azərbaycanın Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır. Rayon mərkəzi olan Laçın şəhəri Bakıdan şose yolla 450 km, Xankəndi dəmir yolu stansiyasından isə 60 km məsafədə yerləşir.Ümumi sahəsi 1835 km2 olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir. Relyefi dağlıq olan rayonun dəniz səviyyəsindən hündürlüyü 700 metrdən 3600 metr arasında dəyişir. Ən yüksək dağ zirvəsi Qızılboğazın hündürlüyü 3594 metrdir. Bol su ehtiyatlarına malik olan rayonun ərazisindən axan Şəlvə və Minkənd çayları birləşərək Həkəri çayını (uzunluğu 113 km) yaradır ki, bu çay da Araz çayına qovuşur.Rayonun əhalisi 01 iyul 2013-cü il tarixə 72.4 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb.2009-cu il əhalinin siyahıyaalınması məlumatına əsasən rayon əhalisinin 66671 nəfərini azərbaycanlılar, 1914 nəfərini kürdlər, 464 nəfərini türklər, 28 nəfərini ruslar, 10 nəfərini isə digər millətlərin nümayəndələri təşkil edir.Rayon əhalisinin 35.7 min nəfəri kişilər, 36.0 min nəfəri isə qadınlardan ibarətdir. Rayon üzrə ali təhsillilər 4346 nəfər, orta ixtisas təhsillilər 3882 nəfər, orta təhsillilər 28340 nəfər, heç bir təhsili olmayanların sayı isə 1005 nəfər təşkil edir.Rayonun yaşı 85-dən yuxarı olanların sakinlərinin sayı 669 nəfər, yaşı 100-ü keçənlərin sayı isə 16 nəfərdir.1992-ci il may ayının 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu Laçını işğal edib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hikmət Hacıyev Aİ-nin Xarici Fəaliyyət Xidmətinin baş katibi ilə görüşüb
Siyasət 22:55
Hikmət Hacıyev Aİ-nin Xarici Fəaliyyət Xidmətinin baş katibi ilə görüşüb
TDT-nin Baş katibi Azərbaycanda səfərdədir
Siyasət 22:29
TDT-nin Baş katibi Azərbaycanda səfərdədir
Hikmət Hacıyev NATO baş katibinin müavini ilə görüşüb
Siyasət 20:18
Hikmət Hacıyev NATO baş katibinin müavini ilə görüşüb
ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib
Siyasət 18:42
ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib
Pakistanın baş naziri Azərbaycana səfər edəcək
Siyasət 18:08
Pakistanın baş naziri Azərbaycana səfər edəcək
Əli Əsəsdov alkoqollu içkilərin satışına dair qərar imzalayıb
Siyasət 17:24
Əli Əsəsdov alkoqollu içkilərin satışına dair qərar imzalayıb
Prezident sərəncam imzalayıb
Siyasət 14:51
Prezident sərəncam imzalayıb
Prezidentdən yeni təyinat
Siyasət 13:52
Prezidentdən yeni təyinat
Möminə xatun türbəsi bərpa olunacaq - Sərəncam
Siyasət 11:13
Möminə xatun türbəsi bərpa olunacaq - Sərəncam
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol