• $ 1.7
  • € 1.9604
  • ₽ 0.021022
  • ₺ 0.0444
  • £ 2.2786

İşğaldan azad olunmuş ərazilərdə yeni məscidlər tikilir - Allahşükür Paşazadə

İşğaldan azad olunmuş ərazilərdə yeni məscidlər tikilir - Allahşükür Paşazadə
26.02.2024 11:00
İşğaldan azad olunmuş ərazilərdə yeni məscidlər tikilir. Bunu Qafqaz müsəlmanlarının XII Şeyxülislamı və Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib.

"Hazırda Şuşada və digər azad olunmuş ərazilərdə məscidlərimiz həm bərpa olunur, həm də yeniləri tikirilir. Gələcəkdə Qarabağa köçən və dinlə məşğul olan vətəndaşlarımız məscidlərdən isitifadə edə biləcək. Məscidlərlə yanaşı kilsələr də bərpa olunur",- Paşazadə fevralın 26-da "Xocalı soyqırımı" ilə bağlı "ana harayı" abidəsini ziyarət edərkən jurnalistlərin suallarını cavablarkən bildirib.
 
İşğaldan azad edilmiş Azərbaycan torpaqlarında 403 tarixi-dini abidə təsbit olunur. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır.
 
Qarabağda rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb.

1868-1870 cil illərdə Ağdamda tikilmiş  Cümə məscidi erməni işğalından sonra qismən dağıdılıb. Associated Press qeyd edir ki, məscid Ağdam şəhərində tam dağıdılmayan tək tikilidir, burada mal-qara və donuzlar saxlanılıb və divarı qraffiti ilə vandalizasiya edilib. Ağdam işğaldan azad edildikdən sonra məscidin bərpasına başlanılıb. 

Prezident müsahibəsində bildirib ki, 2026-ci ilə kimi Qarabağa 140 min ailə köçürüləcək. 2024-cü il üçün Qarabağın 5 rayonuna məcburi köçkünlərin 30 ildən sonra ilk dəfə qaytarılması nəzərdə tutulub.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Cəmiyyət 15:41
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Cəmiyyət 14:41
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Bələdiyyələr özünü idarə etmir,  idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 08:36
Bələdiyyələr özünü idarə etmir, idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 18:31
"Abzas media" işi üzrə məhkəmə prosesi keçirilib - REPORTAJ
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Cəmiyyət 18:05
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol