İŞİD 100 mindən çox kitab və nadir əlyazmanı yandırıb. Kulis.Azın türk mətbuatına istinadən verdiyi xəbərə görə terror təşkilatı sonuncu dəfə Mosuldakı bir ictimai kitabxananı hədəfə alıb.
Kitabxananın rəhbəri Henim Taan bildirib ki, silahlı İŞİD döyüşçüləri Mosulun Şərqindəki Feyseliyədə yerləşən ictimai kitabxananı bombalayıblar. O daha sonra əlavə edib: "Kitabxanada 8 minə yaxın mədəni, tarixi, fəlsəfi, elmi və şeir kitabları var idi”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !