İŞİD anaya oğlunun ətini yedirtdi - ŞOK

11:50 | 03.03.2015
İŞİD anaya oğlunun ətini yedirtdi - ŞOK

İŞİD anaya oğlunun ətini yedirtdi - ŞOK

İraqa gedərək 6 ay peşmərgə düşərgəsində İŞİD-ə qarşı döyüşən kürd əsilli ingilis vətəndaşı Yasir Abdullah "Sun" qəzetinə verdiyi müsahibəsində dəhşətli bir faktı açıqlayıb.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Yasir Abdulla bir kürd qadınının İŞİD-in əlində əsir olan oğlunu qurtarmaq üçün onların yanına necə getdiyini və başına nələrin gəldiyini danışıb: "Qadının oğlu İŞİD döyüşçüləri tərəfindən əsir alınıb təşkilatın Mosuldakı qərargahında saxlanılırmış. Oğlunu qurtarmaqda qərarlı olan ana Mosula gedir. İŞİD döyüşçüləri onu yaxşı qarşılayır, qarşısına çay, çörək, xörək qoyurlar. Yeməyini bitirdikdən sonra ana oğlunu görmək istədiyini və onu azadlığa buraxmaq üçün onlardan xahiş etdiyini dilə gətirir. Amma terrorçular ona belə bir cavab verirlər: "Bir az öncə oğlunu yedin!" Qadın eşitdiyi cavabdan dəhşətə gəlir. O, ağır sarsıntı keçirir. Onu sonuncu dəfə görənlərin dediyinə görə, qadın dəli olub".

36 yaşlı Abdulla İŞİD-ə qarşı hər zaman mübarizə aparacağını və "geri dönüb başladığım işi sona çatdıracağam" deyib.

O, 2000-ci ildə İraqdan İngiltərəyə köç etdiyini deyib və burada xanımı və 4 övladı ilə çox xoşbəxt yaşadığını ifadə edib. Eyni zamanda o, Peşmərgə sıralarında İŞİD-ə qarşı savaşarkən terrorçulardan qorxmadığını, tezliklə kürdlərin İŞİD-i məğlub edəcəyinə inandığını vurğulayıb.
 
ANN.Az
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM