İŞİD bu təşkilatın beyətini qəbul etdi

22:12 | 13.03.2015
İŞİD bu təşkilatın beyətini qəbul etdi

İŞİD bu təşkilatın beyətini qəbul etdi

İŞİD lideri Əbubəkr Bağdadinin sözçüsü Muhamməd əl -Adnani yayınladığı səsli mesajla Boko Haramın beyətini qəbul etdiklərini açıqlayıb.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, ötən həftə Nigeriya mərkəzli Boko Haram terror təşkilatı İŞİD-ə beyət (Birinin hakimiyyətini qəbul edərək ona tabe və sadiq olma - red.) etdiklərini elan etmişdi.

Adnani qeyd edib ki, Xəlifə Əbubəkr Boko Haramlı qardaşlarının sadiqlik vədini qəbul tdi: "Qəri Afrikadakı müsəlmanları və cihatçı qardaşlarımızı təbrik edirik. Bu sözlərlə birlikdə İraq və Suriyada İŞİD-ə qatılmamış olan müsəlmanların islam diyarına gəlib savaşması üçün də yeni bir qapı açmış oldu"

Boko Haram təşkilatı 160 milyon əhalisi olan Afrikanın ən böyük ölkəsi olan Nigeriyada 2000-ci illərin əvvəllərindən fəaliyyətə başlayıblar. Təşkilatın lideri Muhammed Yusifin ölümündən sonra təşkilatın təşkil etdiyi terror hücumları nəticəsində 13 mindən çox adam həlak olub.

ANN.Az


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM