ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, terror təşkilatı ilk dəfə bu səviyyədə kiber-hücum təşkil edib. "Cyber Caliphate" ("Kiber Xəlafət") adı verdiyi hücumun nəticəsində dünyanın 200 ölkəsində yayımlanan "TV 5 Monde"yə bağlı 11 kanal, internet saytı "Twitter" və "Facebook" hesabları hack edilib.
Terrorçu qrupun hücumu nəticəsində telekanalın yayımı 3 saat boyunca dayandırılıb. Kiber-hücumçular televiziyanın "Facebook" hesabından İraqda İŞİD-ə qarşı əməliyyatlara qatılan Fransa ordusunu və prezident Ollandı təhdid edib.
İŞİD-in əsas rəngləri-ağ-qara üzərində müsaj yazan terrorçular dünən axşam saat 22.00-da televiziyanın bütün yayımını ələ keçiriblər. İnternet səhifələri, 11 yayım kanalı, sosial media hesabları bütünlüklə iflic vəziyyətə gətirilib.
İlk təhdid mesajı Fransa prezidenti F.Ollanda gəlib: "Olland, heç bir işə yaramayan döyüşə başlamaqla bağışlanmaz səhv etdin".
Daha sonra terrorçular İŞİD-ə qarşı döyüşən əsgərlərin kimliklərini elan edib və onlara məxsus CV məlumatları yayımlayaraq ailələri ilə qorxudublar: "İslam Dövlət qarşısında diqqətli olun, ailələrinizi qurtarmaq üçün hələ də imkanınız var, bundan istifadə edib! Allah mərhəmətli və bağışlayandır! İslam Dövlətinin düşmənlərinə qarşı kiber-hücumlarımız davam edəcək".
"TV5 Monde"nın baş dirktoru Yves Biqot yerli saatla gecə saat 02.00-da "Twitter" və "Facebook" profillərini geri ala bildiklərini bəyan edib. Daha sonra o, televiziya proqramlarının yayımını bərpa etməyə çalışdıqlarını bəyan edib: "Amma sistemimiz bugünə qədər tayı-bərabəri olmayan bir hücuma məruz qaldığına görə çon dərəcə bərbad gündədir. Yenidən normal vəziyyətə gəlməyimiz üçün xeyli müddət lazım olacaq".
Kiber-hücumdan sonra, bu səhər iş saatlarının əvvəlində ölkənin xarici işlər naziri Laurent Fabius, daxili işlər naziri Bernard Cazeneuve, eləcə də mədəniyyət və media məsələləri üzrə nazir Fleur Peler televiziya binasına gəliblər. Xarici işlər naziri L.Fabius təhdidlərin yeni olmadığını, amma bu istiqamətdə atılan addımların yeni olduğunu bildirib: "Dəyən ziyanın həcmi xeyli böyükdür və yenidən toparlanmaq üşün müddət lazımdır. Ən başlıcası isə təmkinli olmaq lazımdır".
Hər 3 nazir ölkədə fəaliyyət göstərən bütün KİV-lərin bir araya gəlməsi və hər cür təhlükə-təhdidlərdən qorunmaq üçün ortaq şəkildə çalışmaların lazımlılığını qeyd ediblər.
Fransada "Charlie Hebdo" hücumundan sonra bütün media orqanları hərbi və polis mühafizəsi altındadırlar.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !