İŞİD-ə qarşı yeni güc

11:34 | 08.05.2015
İŞİD-ə qarşı yeni güc

İŞİD-ə qarşı yeni güc

Amerika əsgərləri İŞİD terrorçuları ilə vuruşmaq üçün bir qrup suriyalı döyüşçüyə təlim keçməyə başlayıb.

ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ-ın müdafiə naziri Eşton Karter bildirib.

O, ötən gün keçirdiyi mətbuat konfransında deyib ki, bunun məqsədi İŞİD qüvvələrini hədəfə almaqdır. ABŞ ordusu İordaniyadakı Suriya döyüşçülərinə təlim keçməyə başlayıb və tezliklə oxşar proqrama Türkiyədə də start veriləcək. Hazırda təlimlərə 90 nəfər qatılıb.

Onun sözlərinə görə, döyüşçülərin ikinci qrupu üçün tezliklə Səudiyyə Ərəbistanı və Qətərdə də təlim sahələri açılacaq.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM