Qonşuda İŞİD əməliyyatı - 8 terrorçu öldürüldü

15:35 | 03.08.2015
Qonşuda İŞİD əməliyyatı - 8 terrorçu öldürüldü

Qonşuda İŞİD əməliyyatı - 8 terrorçu öldürüldü

Rusiyanın Şimali Qafqaz respublikalarından birində - İnquşetiyada terror t
şkilatı İŞİD-lə bağlı əməliyyat keçirilib və 8 terrorçu öldürülüb.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Rusiya Terrorla Mübrizə Komitəsinin üzvlərinin həyata keçirdiyi əməliyyat İnquşetiyanın Sunjenski bölgəsində həyata keçirilib. Rus təhlükəszilik əməkdşaları İŞİD üzvü olduğu ehtimal edilən 8 nəfəri yaxalamağa çalışıb, lakin döyüş zamanı onlar öldürülüb. Bu şəxslər bölgədə terror aksiyası planlamaqda, yerli iş adamlarını hədələməkdə və xərac almaqda şübhəli bilinirdilər.

Əməliyyat zamanı İŞİD-in yerli bölməsinə liderlik edən Adam Taqilovun öldürüldüyü də ehtimal olunur. Rus xüsusi xidmət qurumlarının yaydığı məlumata görə, Taqilov ötən ilin dekabr ayında qonşu Çeçenistan respublikasının paytaxtı Qroznıda baş vermiş terror aktının təşkilatçılarından biri olub. 

Hadisə yerində Rusiya Prokurorluq orqanının əməkdaşlarının araşdırma apardığı deyilir.



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM