Suriyanın Türkiyə ilə həmsərhəd ƏlBab şəhərində terrorçu "İslam Dövləti” (İŞİD) qruplaşmasının silahlıları arasında baş vermiş atışmada azı 9 nəfər ölüb.
Oxu.Az-ın "TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə "Əl-Ərəbiyə” telekanalı məlumat yayıb.
Bildirilir ki, ölənlərdən beşi Suriyadan vətəninə qayıtmaq istəyən əcnəbi yaraqlılardır.
Məlumata görə, əvvəllər İŞİD sıralarında döyüşmüş 10 xarici vətəndaş Türkiyəyə keçməyə cəhd göstərib.
Onlardan birinin Tunis vətəndaşı, digərlərinin isə avropalı olduğu bildirilir. Lakin İŞİD-in digər silahlıları qrupun sərhədi keçmək cəhdinin qarşısını alıb.
Baş vermiş atışmada Türkiyə ərazisinə keçmək istəyən 5 muzdlu, onlara mane olmağa çalışan İŞİD yaraqlılarından isə 4 nəfər ölüb.
Sağ qalan əcnəbilər İŞİD-in nəzarətində olan yerli həbsxanaya yerləşdirilib. Onların yaxın günlərdə edam ediləcəyi gözlənilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !