ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, fevral ayında vəfat edən məşhurlara həsr olunan konfransa qatılan H.Nəsrullah İŞİD-in qaçırdığı 21 misirli xristianın öldürülməsini pisləyib: "Belə bir xain hücum və qətliam heç bir ağıl, qəlb, vicdan və din qəbul eləməz. Bütün Misir xalqına və Qipti Kilsəsinə başsağlığı verirəm. Bu qətliam vicdanı olan hər bir adama təsir etməlidir".
H.Nəsrullah onu da əlavə edib ki, İŞİD İsraildən başqa, bütün dünya üşün təhlükədir: "Onların gerçək hədəfi Qüds deyil, Məkkədir. Səudiyyə ərəb qardaşlarımızı bu barədə ciddi düşünməyə dəvət edirəm. İŞİD-in hədəfi müqəddəs torpaqlarımız olan Məkkə və Mədinədir. İŞİD-in göstərdikləri vəhşı bir Hollivud filminə bənzəyə bilər, amma bütün həyata keçirdikləri film ola bilməz. İnsanlığa yad, adamı diksindirən, insan qəlbinin və ağlının qəbul etmədiyi heç bir şey İslamla yan-yana gələ bilməz".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !