ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, onun açıqlamaları arasında ən maraqlısı terror təşkilatı olan İŞİD-in üzvlərinin dinə, islama heç bir aiddiyyatının olmadığını iddia etməsidir: "Əllərində "Quran" kitabı yox idi və bizə də "Quran" kitabı versinlər, yaxud onu oxumağı tövsiyə etsinlər, məcbur etsinlər, belə bir şey yox idi. Öz aralarında nəsə danışan zaman da bunu dinə aidiyyatı olmurdu. Onlar daha çox siyasətdən danışırdılar. Onlar bizə "Quran"ı öyrətmək əvəzinə, öz bildiklərini sırımağa çalışırdılar. Onlar "Quran"a istinad edib nəsə həyata keçirmirdilər".
Fransız jurnalistin müşahidələrinə görə, İŞİD iraqlı və suriyalı əsirlərə daha çox işgəncə verir: "Amma əcnəbi əsirlər o qədər də işgəncəyə məruz qalmırdılar. Qadın əsirlər kişi əsirlərə nisbətən sərbəst idilər. Amma İŞİD əlində əsir olmaq yetərincə qorxulu idi və qadın olmaq bu qorxunun öhdəsindən gəkmək demək deyildi".
İŞİD-in işgəncə üsullarndan danışan jurnalist əlavə edib: "Bizi tualetə apardıqları zaman iraqlı və ya suriyalı əsirləri yerdə öz qanları içərisində yatdıqlarını görürdük. Dəhlizdə tavandan asılı zəncirlər, xələtlər, qapılarda dəmir barmaqlıqlar vardı. Əlbəttə ki, biz də döyüldük, amma hər gün deyil. Əgər istəsəydilər, bizi hər gün döyə, işgəncə verə bilərdilər və buna kimsə mane ola bilməzdi".
İŞİD üzvləri arasında da fərqli insanların olduğunu xüsusi qeyd edən D.Fransua ingilis üzvlərin əsirlərə qarşı daha sərt olduğunu bildirib. Onlardan biri - əsirlərin öz aralarında "Beatles" ləqəbi qoyduqları bir ingilis İŞİD üzvü öz qəddarlığı ilə tanınırmış və dialoqa tamamilə qapalı imiş.
Jurnalist 10 aylıq əsirlik həyatından sonra sağ-salamat buraxılmasını həyatının şansı kimi dəyərləndirib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !