İŞİD-in nə qədər pulu var?

10:42 | 17.06.2014
İŞİD-in nə qədər pulu var?

İŞİD-in nə qədər pulu var?

Suriya və İraqda təsir dairəsini getdikcə artıran “İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının maliyyə qaynaqlarına bağlı əhəmiyyətli bir iddia ortaya atılıb. 
Modern.az saytı xəbər verir ki, İngiltərənin “Guardian” qəzetinin Orta Şərq üzrə müxbiri Martın Chulova görə, İraq təhlükəsizlik orqanlarının ələ keçirdiyi 160 daşına bilən kompüter yaddaşı İŞİD-in 2 milyard dollara yaxınlaşan sərvətinin olduğunu ortaya qoyub.
“Mosul cəhənnəm olacaq”
Məlumata görə, Mosulun işğalından iki gün əvvəl Abu Hajjar adı ilə tanınan İŞİD militanı 14 gündür onu sorğu-sual edən İraqın təhlükəsizlik güclərinə təşkilatın rəhbərliyindəki şəxslərin adlarını verib. Hajjar sorğu-sual zamanı “Nə etdiyinizi bilmirsiniz, bu həftə Mosul cəhənnəmə dönəcək” deyib. Hajjarın ifadəsi nəticəsində təşkilatda rəhbər mövqeyindəki Abdülrəhman əl Bilavinin evinə basqın olub. Bilavi öldürülərkən 160 dənə yaddaş ələ keçirilib.
Dünyanın ən zəngin təşkilatı 
“Guardian” yazır ki, həmin yaddaşlar təşkilatın 875 milyon dollara sahib olduğunu da ortaya çıxarıb. İraqlı səlahiyyətli, Mosuldakı bank soyğunları və digər yağmalamalar zamanı İŞİD-in əlinə daha 1,5 milyard dollar keçdiyini təxmin etdi. Qəzetin şərhində qeyd edilir ki, yalnız üç il əvvəl bir şəbəkə mövqeyində olan İŞİD dünyanın ən zəngin terror təşkilatına çevrilib.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM