Ölkəsinin şimalında İŞİD terror təşkilatı ilə döyüşən iraqlı əsgərlər qadın kəskin nişançıları məhv edib. Terrorçuların qadın snayperçilərinin milliyyəti isə təəccüb yaradıb.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, İraq ordusunun məhv etdiyi terrorçu qadın snayperçilər Çindən, Hindistandan və Əfqanıstandan gəlmə olublar. Onlar şimaldakı Səlahəddin vilayətinin Beyci şəhəri uğrunda gedən döyüşlər zamanı öldürülüblər.
İraq Federal Polisinin yaydığı rəsmi açıqlamaya görə, Şimal Bağdad Briqadasının Beycidən təşkil etdiyi hərbi əməliyyat zamanı Çin, Əfqanıstan və Hindistan vətəndaşı olan və İŞİD sıraflarında döyüşən 3 qadın snayperi məhv edilib.
Qeyd edək ki, İŞİD 201-cü ilin 10 iyunundan başlayaraq Mosul və digər bölgələri işğal etmişdi, hazrıda İraq ordusu, peşmərgə gücləri ilə birlikdə quruda terrorçulara qarşı hərbi əməliyyatlar gerçəkləşdirirlər.
ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri də havada İraq ordusuna dəstək verir.
Nuray
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !