İŞİD İstanbulun fəth planına dair jurnal dərc etdi

20:40 | 05.06.2015
İŞİD İstanbulun fəth planına dair jurnal dərc etdi

İŞİD İstanbulun fəth planına dair jurnal dərc etdi

İŞİD ilk dəfə türk dilində jurnal buraxmağa başlayıb. "Konstantiniyye" adlı jurnal internetdən yayımlanmağa başlayıb.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, mustaqim.net saytının internetə qoyduğu "Konstantiniyye" jurnalı İŞİD-ə yaxın "Əl Hayat Meydan" tərəfindən çıxarılır. Təşkilatın təşviqatını aparan jurnalda başda kürdlər olmaqla bütün müsəlmanlar İŞİD düşərgəsinə dəvət edilir.

"Amerikanın səsi"nin yaydığı məlumatda jurnalın "Konstantiniyye`nin Fehti" üz qapağı çıxdığı, 46 səhifəlik olduğu deyilir. Jurnalda qərb və demokratiya düşmənliyindən danışılır, daha sonra müsəlmanların İŞİD nəzarətində olan bölgələrə köç etməsinin vacibliyi qeyd edilir, eləcə də Türkiyədəki parlament seçkilərinin boykot edilməsinə çağrılır. 

Altında heç bir imzanın olmadığı "Önsöz"də jurnalın necə hazırlanması haqqında məlumat verilir, İŞİD-in indiyə qədər əldə etdiyi qalibiyyətdən danışılır.

Jurnalın "Önsöz"ündə İŞİD-in əsas hədəflərindən birinin İstanbulun fəth olunması olduğu yazılır. Jurnalda bununla bağlı ayrıca məqalənin dərc edildiyi də bildirilir: "Hər zülmün sonu gələcəyi kimi sizin də sonunuz yaxınlaşmaqdadır. Rəbbinizdən bu məsələ ilə bağlı ən böyük istəyimiz bizə zülm edənləri əllərimizlə cəzalandırmaqdır. Uca Rəbbimizdən bizə İstanbul və digər yerlərin fəthni diləyirik".

Daha sonra ABŞ-la təhdidedici məqalələr dərc olunub. ABŞ bayrağının tabutlar üzərinə çəkilərək öz əsgərlərini daşıyacağı qeyd olunub.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti