ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, bu barədə "Der Spiegel" internet saytı məlumat yayıb. Xəbərdə deyilir ki, İŞİD şəriət məsələləri üzrə hakim, Tunis əsilli Abu Jaafar al-Xəttabı təkfir anlayışını (inanmış birisini kafir elan etmək - red.), eləcə də həddindən artıq edam cəzaları verməkdə günahkar bildiyinə görə öldürüb.
Hakimlə birlikdə təkfir anlayışından sui-istifadə edən digər yüksək rütbəli şəxslərin də olduğu deyilir, amma onların aqibəti haqqında heç bir məlumat yoxdur.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !