İŞİD-ın komandiri öldürüldü

18:29 | 09.02.2015
İŞİD-ın komandiri öldürüldü

İŞİD-ın komandiri öldürüldü

Əfqanıstanda hava hücumu zamanı qısa müddət əvvəl İŞİD təşkilatına qoşulan köhnə Taliban komandiri Molla Abdülraufun öldüyü açıqlanıb.

ANN.Az bbc/turk-ə istinadən xəbər verir ki, Helmand əyaləti səlahiyyətliləri və tayfa liderləri, İŞİD-in komandiri olan Abdülraufun da içində olduğu avtomobilin yolu keçərkən vurulduğunu söyləyiblər.

Avtomobildə Abdülraufun qohumu və dörd Pakistanlının da öldüyü bildirilir. Əfqanıstan Kəşfiyyat Xidməti də Abdülraufun ölümünü təsdiqləyib.

NATO isə hələ bir şərh vermir.

O, altı il Quantanamoda həbsxanada saxlanılıb. Molla Abdülrauf Taliban lideri Molla Ömərlə mübahisə etdiyi bildirilmişdi. Buna görə də keçən ay Talibandan ayrılaraq, İŞİD terror qrupuna qoşulduğunu bəyan edib

İraq və Suriyanın əhəmiyyətli bir hissəsini nəzarət altında tutan İŞİD son vaxtlarda Əfqanıstanda da güclənmişdi.

Köhnə Taliban komandiri Abdülrauf Helmand'da İŞİD üçün xadim toplayırmış.
 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM