ANS PRESS-in məlumatına görə, "Aslanların müqaviməti" adlandırılan video görüntüdə Peşmərgə qüvvələrinin mövqeləri İŞİD-ə məxsus pilotsuz təyyarə tərəfindən təsbit edildiyi yer alıb. Daha sonra həmin hədəflərə katyuşa raketləri, minaatanlardan və tanklardan atılan mərmilərlə atəşə tutulur. Həmçinin görüntülərdə peşmərgə mövqeləri suriyalı bir İŞİD-çi tərəfindən bomba yüklü avtomobillə hədəfə alınır. Peşmərgələrin vurulduğunu görən İŞİD-çilərin necə sevindiyi də görüntülərdə yer alıb. Daha sonra Peşmərgə ilə açıq döyüşə girən İŞİD yaraqlıları 4 kürd silahlısını öldürür, 3-ünü isə əsir götürür.
Əsir götürdükləri kürd yaraqlılarına narıncı paltar geyindirən İŞİD terror qruplaşmasının maskalı üzvləri onların başını kəsir. Həmin baş kəsmə zamanı İŞİD-çilərin biri kürd lideri Məsud Bərzaniyə xitabən İŞİD-in mesajını verir:
"Ey Bərzani, biz qan sevən bir millətik, bizə qanların ən gözəli Peşmərgə qanıdır".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !