Əfqanısatnda İŞİD və "Taliban" bir-birilərinə müharibə elan edib.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Helmanr polis idarəsinin rəisi Nabi Can Mulahel əllərində İŞİD-in "Taliban"la yola getmədiklərinə, tez-tez mübahisələri düşdüyünə dair faktların olduğunu deyib.
Polis rəisinin sözlərinə görə, "Taliban" yazılı surətdə İŞİD-in bir islam təşkilatı olmadığını bəyan edib. Bu açıqlama isə Əfqanıstandakı İŞİD üzvlərinin xoşuna getməyib və "islamdan çıxan "Taliban"a müharibə elan" olunub.
Əfqan təhlükəsizlik rəsmilərindən alınan informasiyaya görə, İŞİD hökumətin nəzarəti altında olmayan bölgələrdə fəaliyyət göstərir və terrorçulara təlimlər keçirilir.
Təxminın 6 ay əvvəl Əfqanıstanda İŞİD-in varlığı ortaya çıxmışdı. Helmand şəhərində "Taliban" və İŞİD üzvləri arasında savaş olmuşdu.
İŞİD aprelin 18-də Əfqanısatnda təşkil etdiyi terror nəticəsində 38 nəfər həlak olub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !