ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, videoda İŞİD yaraqlıları Yaponiya baş naziri Şinzo Abeyə müraciət edərək əllərində 2 yapon əsir olduğunu və 72 saat ərzində 200 milyon dollar fidyə ödənilməzsə, onları öldürəcəyi ilə təhdid edib.
Xatırladaq ki, Yaponiya İŞİD-ə qarşı mübarizə məsələlərinə 200 milyon dollar yatırım qoyduğunu elan etmişdi.
İŞİD-in təhdid videosu "El-Furkan" adlı saytda yer alıb. Təhdid mesajı belədir: "Yaponiya baş nazirinə: İslam Dövlətinə 8 min 500 kilometr olmağınıza rəğmən bizə qarşı mübarizədə yer alırsınız. Qadınlarımızı və uşaqlarımızı öldürmək, müsəlmanların evlərinin yıxılması üçün qururla 200 milyon dollarlıq maliyyə ayırırsınız".
Videoda iki yapon əsir - Kenji Goto Jago və Haruna Yukava görünür.
Yukavanın 40 yaşının olduğu deyilir və o, özəl hərbi şirkətdə çalışır, Suriyada qaçırıldığı ehtimal olunur. Goto isə sərbəst fəaliyyət göstərən jurnalist olduğu bildirilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !