ANN.Az türk mediasına istinadən xəbər verir ki, 19 yaşlı İngiltərə vətəndaşı olan Şahbaz Süleyman Türkiyədə həbs olunduğunu, diplomatik korpusun nümayəndələri müqabilində İŞİD-ə təhvil verildiyini və bu prosesi Milli İstihbarat Təşkilatının (MİT) həyata keçirdiyini deyib.
Suriyanın Rakka şəhərində "Times" qəzetinin müxbirləri ilə görüşən Süleyman təxminən 200 İŞİD üzvü müqabilində 49 konsulluq işçisinin təhvil verildiyini bildirib: "Bizə azad olduğumuzu söylədilər, sərhəddə alış-veriş oldu. Daha sonra dostlarımızın yanına gəldik".
Süleyman Şanlıurfadakı açıq tipli həbsxanada saxlandıqlarını, əksəriyyəti çeçen olan 35 İŞİD üzvü ilə birgə saxlandığını bildirib. O, həbsxananın polis tərəfindən idarə olunduğunu, zaman-zaman MİT üzvlərinin onları ziyarətə gəldiklərini deməklə bərabər həbsda olarkən internetə çıxışı olduğunu, İŞİD rəhbərliyi ilə əlaqə saxladığını və İŞİD videoları izlədiyini də vurğilayıb. "Times" müxbirinin "Nə üçün döyüşürsünüz" - sualına Şahbaz Süleyman belə cavab verib: "Əsədə, İsrailə və digərlərinə nifrət edirik. Ona görə də döyüşürük bu müsəlman qardaşlarının ideologiyasıdır".
Ş.Süleyman onu daqeyd edib ki, İngiltərədə yaşayan ailəsi onun İŞİD-ə qoşulduğundan xəbərsizdir: "Onlar İngiltərə polisinə mənim itkin düşməyimlə bağlı məlumat verdikdən sonra Türkiyə MİT-i bunun mən olduğumu araşdırıb tapdılar".
İŞİD üzvü Şanlıurfada saxlanılan zaman həbsxanaya hətta pizza sifariş verdiklərini də təbəssüm hissilə qeyd edib.
İngiltərənin High Wycombe qəsəbəsindəki Royal Grammar School-da təhisl aldığını, məzun olduqdan sonra isə beynəlxalq əlaqələr üzrə universitet tələbəsi olduğunu və bu zaman Suriyada baş verən prosesləri dərindən izlədiyini, sosial şəbəkələr vasitəsilə terrorçu qruplaşma üzvləri ilə əlaqə saxladığını, onların yardımı ilə Suriyaya gəldiyini bildirib.
Türk diplomatları 2014-cü ilin iyun ayının 11-də İŞİD-ə əsir düşmüşdülər. Onlar sentyabr ayında azad olundular. İndiyə qədər Türkiyə rəsmiləri 49 nəfər diplomatının nəyin müqabilində İŞİD-in əlindən ala bildiyinə dair açıqlama vermir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !