İslam Həmrəylik oyunlarında iştirak edən idmançılar Azərbaycana qayıtdı - FOTOLAR

10:15 | 20.08.2022
İslam Həmrəylik oyunlarında iştirak edən idmançılar Azərbaycana qayıtdı - FOTOLAR

İslam Həmrəylik oyunlarında iştirak edən idmançılar Azərbaycana qayıtdı - FOTOLAR

İslamiadanı uğurla başa vuran Azərbaycan idmançıları avqustun 19-da ölkəyə qayıdıb.

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi oyunlarında iştirak edən Azərbaycan heyətini Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyi nümayəndələri,federasiya rəsmiləri və azarkeşlər qarşılayıb.
  
 Kikboksinq üzrə Azərbaycan milli komandasının baş məşqçisi Elşən Abdulrəhimov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında yarışın onlar üçün mötəbər və məsuliyyətli olduğunu bildirib.

"İlk dəfə olaraq kikboksinq idman növü İslam Həmrəyliyi Oyunları proqramına salınmışdı.Bizim üçün çox mötəbər və məsuliyyətli yarış idi”, - o deyib.

İdmançıların uğurlu çıxışlarından bəhs edən Elşən Abdulrəhimov onların 70%-nin mükafatla geri döndüyünü vurğulayıb.

"Biz yarışa hazırlaşmağa bir neçə ay qabaq-məlumatı alandan sonra başlamışdıq. İdmançılarımız da uğurla çıxış etdilər.3 qızıl, 5 gümüş və 7 bürünc medal aldıq.Bu da heyətin 70%-nin mükafatla geri dönməyi deməkdir.Bundan sonra da uğurlarımızın daha çox olacağına inanıram”, - o əlavə edib.

Azərbaycan Milli Karate Federasiyasının Prezidenti(AMKF) Yaşar Bəşirov "V İslam Həmrəyliyi Oyunları bizim üçün çox uğurlu keçdi” deyib.

"Türkiyənin Konya şəhərində keçirilən  V İslam Həmrəyliyi Oyunları bizim üçün çox uğurlu keçdi.Ən uğurlusu, təbii ki, Bakıda olub. 1 qızıl, 2 gümüş və 3 bürünc olmaqla 6 medal qazandıq.Bütün medallardan bizdə var.Çox sevinirəm ki, karateçilərimiz bütün yarışlarda uğurla çıxış edir”, - o əlavə edib.

Yaşar Bəşirov hakimlərdən narazı olduqlarını bildirib.

"Asiman Qurbanlı, demək olar ki, olimpiya çempionunu məğlub etmişdi.Amma hakimlər haqsızlıq etdilər və nəticədə Asiman ikinci oldu.İrina Zaretska həmişəki kimi çempion oldu.Tural Ağalarzadə də çempion ola bilərdi.Amma yarımfinalda hakimlər haqsızlıq yarışlarımız var.Ayın 2-dən 4-nə ilk dəfə Azərbaycanda Premyer Liqa keçirilir.Hamını dəvət edirəm.İnanıram ki, ilk premyer liqada bizim 17 idmançımız iştirak edəcək və həmişə olduğu kimi yüksək səviyyədə Azərbaycanı təmsil edəcəklər”, - o vurğulayıb.

V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı karate idman növü üzrə təmsil edən və yarışı bürünc medalla başa vuran Mədinə Sadıqova(55 kq): "Könlüm istədi ki, qızıl medal olsun.İnşallah, gələn yarışlarda gözləyək”
 
Yarışdan qayıdanlar arasında idmançı xanımlar da olub.

"İslam Həmrəyliyi Oyunlarıda 55 kq-da bürünc medal qazanmışdım. İki ay bundan qabaq da böyüklər arasında Avropa çempionatında bürünc medal qazanmışdım. İki ən böyük yarışım idi və bu yarışlardan medalla dönmək mənim üçün çox böyük bir sevincdir.Könlüm istədi ki, qızıl medal olsun.İnşallah, gələn yarışlarda gözləyək”,- Mədinə Sadıqova bildirib.

Azərbaycanı V İslam Həmrəyliyi Oyunlarında karate idman növü üzrə təmsil edən Pənah Abdullayev də finala vəsiqə qazanaraq ölkəyə dönüb. 

"84 kiloqramda ikinci yerə çıxdım.Finala vəsiqə qazandım.Çox sevincliyəm.Himnimizin səslənməsinə bir addım qalmışdı.Çox istəyərdim himnimiz səslənsin.İnanıram ki, gələn yarışlarda himnimizi səsləndirəcəm”, - o deyib.

Azərbaycan millisi Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ümumi 99 medal qazanıb. 56 ölkənin qatıldığı və medal sıralamasına görə Türkiyə, Özbəkistan və İrandan geridə qalan millimiz yarışı 4-cü pillədə başa vurub.

İslam Həmrəyliyi Oyunları 4 ildən bir keçirilən beynəlxalq idman tədbiridir.Burda İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdən idmançılar iştirak edir.
2001-ci ildə İslam Əməkdaşlıq Təşkilatı Ölkələrinin konfransında hər 4 ildən bir "İslam sülhdür” devizi altında yarışların keçirilməsi qərara alınmışdı.İlk dəfə bu oyunlar Səudiyyə Ərəbistanında keçirilmişdir və hazırda yarışda İslam Konfransı Təşkilatının 57 üzvüsü iştirak edir.Təşkilata üzv olan ölkələrin qeyri-müsəlman vətəndaşlarına da oyunlarda iştirak etməyə icazə verilir.

Bu yarışlarda məqsəd idman vasitəsilə bütün müsəlman ölkələri arasında əlaqələri inkişaf etdirmək və İslamı pozitiv şəkildə təqdim etməkdən ibarətdir.

IV İslam Həmrəyliyi Oyunları 2017-ci ildə Azərbaycanın paytaxtı Bakıda keçirilmişdir.
 








Sadiq Cavadov









www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb