Fransa İslam Şurası İslam dininin sərhədlərini aşan bir yazı nəşr edərək baş örtüyünün vacib deyil, tövsiyə olduğunu bildirib. Axar.az xəbər verir ki, Fransa İslam Şurasının 19 maddədən ibarət olan 15 səhifəlik "Fransa müsəlmanlarının bir yerdə yaşaması üçün vətəndaş müqaviləsi" başlıqlı yazısında hicabın, çadranın əmr deyil, yalnız tövsiyə olduğu qeyd edilib. Bunun ardınca İslamiyyətdə Şura tərəfindən islahatın gərəkliliyi yönündə əhaliyə çağırış edilib. Qeyd edək ki, Fransada İslam Şurası Nikola Sarkozinin Daxili İşlər naziri olduğu dövrdə yaradılıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !