Danimarka tədris assosiasiyası Məhəmməd peyğəmbərin (s.) birmənalı qəbul olunmayan karikaturalarının məktəb kitablarına daxil edilməsini istəyir.
ANS PRESS-in məlumatına görə, "DR Nyheder" saytı bildirib ki, Dini Təhsil Müəllimləri Assosiasiyası istəyir ki, karikaturalar tədris proqramına "tezliklə” daxil edilsin.
Assosiasiyanın prezidenti Con Ridala görə, bunun öyrənilməsi dini, sosial və siyasi mövzular arası əlaqələrin tədqiqinə kömək edə bilər.
Ridal "Məhəmməd (peyğəmbər (s.)) böhranı dini təhsildə aydın problemdir və mən təəccüblənirəm ki, hələ də təsvirlərin olduğu bir kitab yoxdur,” deyərək təəccüb doğurucu açıqlama verib.
Danimarka Təhsil Nazirliyi buna cavab olaraq bildirib ki, hazırda uşaqları karikaturalar barədə öyrətmək məcburi deyil, lakin bir çox məktəblər tarix və sosial elmlər dərslərində mövzunu əhatə edirlər.
Təklifi bəzi danimarkalı siyasətçilər də dəstəkləyir. Sağçı Danimarka Xalq Partiyası karikaturaların dini təhsil dərslərində məcburi öyrədilməsinə çağırıb.
Həm konservativlər, həm də mərkəz-solçu sosial demokratlar deyir ki, onlar bunun məcburi deyil, müəllimlərin öz seçimi ilə tədris edilməsini istəyirlər. Lakin Konservativ partiyanın sözçüsü bildirir ki, məktəblərin təsvirlərdən istifadəsi "tamamilə təbiidir”.
Qeyd edək ki, karikaturalar ilk dəfə 2005-ci ildə məhz Danimarkanın "Jyllands-Posten” qəzetində dərc edilib və bir çox müsəlman ölkələrində haqqlı etirazlara səbəb olub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !