İspaniyanın şimalında yerləşən "Sima de los Huesos" arxeoloji qazıntı bölgəsindəki mağaralardan birində 28 nəfərə aid 430 min illik qalıqlar tapılıb.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, paleontoloqların araşdırması zamanı qalıqlar arasında 52 parçanın toplanması ilə kəllə sümüyü meydana gəlib.
Bununla da məlum olub ki, həmin insanın başına eyni cisimlə bir çox zərbələr vurulub. Elm adamları bunun "öldürmək" məqsədilə vurulan zərbənin nəticəsi ola biləcəyini iddia edirlər.
Madriddəki institutlardan birində tədqiqat qrupunun rəhbəri Nohemi Sala məsələ ilə bağlı açıqlamasında deyib ki, kəllənin məxsus olduğu insanın zorakılıq nəticəsində öldüyü düşünülür: "Çünki kəllə sümüyündə təqribən eyni yerdə olan çatlar təsadüf ola bilməz. Həmçinin iki dərin çatın ətrafında heç bir sağalma izinə rast gəlinmədiyi üçün belə qənaətə gəlmək olar ki, qurban zərbə aldıqdan dərhal sonra ölüb. Bundan başqa, 28 nəfərə aid qalıqların mağaradakı dərin bir quyunun içində şaquli şəkildə olması 430 min il əvvəlki insanların meyitlərini bir araya toplamaq kimi ənənənin ola biləcəyini ortaya qoyur".
Qeyd edək ki, araşdırmanın nəticələri "PLOS One" jurnalında dərc olunub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !