“İşıq, qaz, su xidmət sahələri təcili özəlləşdirilməlidir”

14:21 | 28.11.2014
“İşıq, qaz, su xidmət sahələri təcili özəlləşdirilməlidir”

“İşıq, qaz, su xidmət sahələri təcili özəlləşdirilməlidir”

Milli Məclisin bugünkü iclasında “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.ANN.Az Modern.az-a istinadən xəbər verir ki, qanun layihəsi barədə məlumat verən Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, ölkədə özəlləşdirməyə tətbiq olunan sahələrin sayı artır. Onun fikrincə, Azərbaycanda baytarlıq sahəsi artıq özəlləşdirilə bilər: “Əvvəlki qanun layihəsində bu mümkün deyildi. Yeni təklif olunan dəyişikliyə görə, baytarlıq sahəsi özəlləşdirilməyə gedə bilər”.Deputat Zahid Oruc qanun əmlakların özəlləşdirilməsi probleminə toxunub. O qeyd edib ki, xüsusi ilə bölgələrdə bu sahədə problemlər hələ də qalır:“Biz bu məsələni həll etməliyik. Bu gün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin vətəndaşlara torpaq üçün verdiyi sənədlər Reyestr Xidmətində tanınmır. Sadə camaat burada əziyyət çəkən tərəfdir. Özəlləşdirmənin ən mühüm problem budur. Kəndli evinin əmlak sənədini almaqda çətinliklə üzləşir. Əmlak Komitəsi səyyar xidmətlərə başlayıb. Bu, çox yaxşı addımdır. Bütövlükdə bu sistemi tətbiq etmək lazımdır. Vətəndaş öz əmlakını istifadə edə bilmir və özünü xarici ölkənin vətəndaşı kimi hiss edir”.Deputat Qüdrət Həsənquliyevin sözlərinə görə, Azərbaycan bazar iqtisadiyyatına keçib və dövlətin bu xidmət sahələrini nəzarətdə saxlaması əlavə yükdür: “Dövlət bu yüklərdən azad olunmalıdır. Düşünürəm ki, işıq, qaz, su xidmət sahələri təcili özəlləşdirilməlidir. Dövlət bu məsələdə kənara çəkilsə, bu, imkan verəcək ki, ticarət mexanizmi daha yaxşı təşkil olunsun. Xarici ölkələrdə həbsxanaları belə özəl şirkətlər nəzarət edirlər”.Çingiz Qənizadə də əmlakların özəlləşdirilməsi ilə bağlı mövcud problemlərə toxunub. O qeyd edib ki, ona sənədləşmə ilə bağlı bir çox müraciətlər daxil olur: “Vətəndaşlar sənədlərin tələb edirlər və real sənədin verilməsini istəyirlər. Əmlak Komitəsi və Reyestr Xidmətinə yeni səyyar xidmətə görə təşəkkür edirəm. Bu yeni sistem insanların əlçatanlığına imkan yaradıb”.Sonda nəzərdə tutulan dəyişikliklər qəbul edilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür