İsrail 26 fələstinli məhbusu azad etdi

10:42 | 31.12.2013
İsrail 26 fələstinli məhbusu azad etdi

İsrail 26 fələstinli məhbusu azad etdi

İsrail hakimiyyəti 26 fələstinli məhbusu azadlığa buraxıb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Fələstinin VAFA informasiya agentliyi məlumat yayıb.   Bundan əvvəl bildirilmişdi ki, azadlığa çıxacaq fələstinlilərin hamısı İsrail həbsxanalarında 18-28 il cəza çəkib. Hökumət komissiyası  fələstinli məhbusların üçüncü qrupunun azadlığa buraxılmasına dair  qərarı dekabrın 28-i gecə saatlarında təsdiqləyib. Qeyd edək ki, İsrail tərəfi 4 mərhələdə, ümumilikdə, 104 fələstinlini azad edəcəyini bəyan etmişdi.   Xatırladaq ki, 26 fələstinlidən ibarət  məhbusların birinci qrupu avqustun ortalarında, ikinci qrupu isə oktyabrın sonlarında zadlığa buraxılıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM