İsrail məşqçisi Azərbaycan jurnalistlərinə qarşı həqarət

09:43 | 09.08.2019


İsrailin "Bney Yehuda" Yehuda" komandasının baş məşqçisi Yossi Abukasis "Neftçi" ilə oyundan (2: 2) sonra keçirdiyi mətbuat konfransında azərbaycanlı jurnalistlərin verdiyi suallara görə əsəbiləşib.

O, ikinci hissədə vaxtı uzadan, bunun üçün hətta qazonda uzanıb qalan oyunçularının xoşagəlməz davranışları barədə suala cavab verməkdən iki dəfə imtina edib.

Onunla jurnalistlər arasında olan qısa dialoqu təqdim edirik:

-İndiyə qədər belə biabırçı oyun görməmişdim. Futbolçularınız vaxt uzadır, azarkeşlərin əsəbləri ilə oynayırdılar. Buna görə utanırsız?
-Növbəti sual...
- Mən də həmin sualı verirəm.
- Növbəti sual...
- İkinci hissədə müdafiəyə çəkildiyinizi dediniz. Futbolçularınız daha çox vaxt uzadırdı. Bu, sizin tapşırığınız idi?
- Belə axmaq suallara cavab verməyəcəm. Normal suallar verin. Sizin komandanız ikinci qolu son dəqiqədə vurdu. Bundan narazı olmamalısız. Əgər belə sual təkrarlansa, mən mətbuat konfransı otağını tərk edəcəm...

Daha sonra digər suallara cavab verən mütəxəssis deyib: ""Neftçi” çox güclü komandadır... İsraildəki görüşün necə bitəcəyini zaman göstərəcək".
Qeyd edək ki, komandalar arasındakı cavab görüşü bir həftə sonra İsraildə keçiriləcək.


www.anews.az
loading...