İki dövlət arasında 5 il əvvəl pozulmuş münasibətlər normallaşmağa başlayır
İsrail nümayəndə heyəti təbii qazın nəqli ilə bağlı müzakirə aparmaq üçün yaxın günlərdə Türkiyəyə səfər edəcək.
"Report" xəbər verir ki, bu haqda İsrailin "Reşet Bet" radiostansiyası məlumat yayıb.
Məlumata görə, yəhudi dövlətinin nümayəndə heyətinə hökumət adminstrasiyasının yüksək vəzifəli əməkdaşı başçılıq edəcək.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğon son 5 ildə ilk dəfə iki dövlət arasında münasibətlərin normallaşmasının bölgə və tərəflər üçün vacib olduğunu vurğulayıb. 2010-cu ildə "Mavi mərmərə" gəmisində İsrail hərbçilərinin keçirdiyi əməliyyat nəticəsində Türkiyənin 9 vətəndaşı qətlə yetirilmişdi. Bundan sonra Türkiyə ilə İsrail arasında münasibət pozulmuşdu.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !