Bu barədə İsrail Müdafiə Qüvvəlləri məlumat yayıb.
Bildirilib ki, İsrail hava zərbələri nəticəsində Livanın cənubunda iki Hizbullah komandiri - Əhməd Mustafa Əlhaj Əli və Məhəmməd Əli Həmədanı öldürülüb.
Məlumata görə, öldürülənlər İsrail ərazilərinə çoxsaylı tank əleyhinə raketlərin buraxılmasına cavabdeh olan Hizbullah komandirləridir .
Bundan əlavə İsrail ordusunun ötən gecə Livanın cənubunda və Beyrutda silah anbarlarına zərbələr endirdiyi qeyd olunub.
O da bildirilib ki, Beyrutdakı zərbələrdən əvvəl mülki şəxslərə dəyən zərəri məhdudlaşdırmaq üçün müxtəlif addımlar atılıb, təxliyə üçün əvvəlcədən xəbərdarlıq edilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !