İsrail parlamentinin Fələstinlə bağlı qərarı etibarsızdır - Türkiyə XİN

21:45 | 18.07.2024
İsrail parlamentinin Fələstinlə bağlı qərarı etibarsızdır - Türkiyə XİN

İsrail parlamentinin Fələstinlə bağlı qərarı etibarsızdır - Türkiyə XİN

Türkiyə Xarici İşlər Nazirliyi İsrail Knessetinin (parlament) Fələstin dövlətinin yaradılmasını rədd edən bəyannaməsini etibarsız sayıb.Bu barədə idarənin açıqlamasında deyilir.

"İsrail parlamentinin Fələstin dövlətinin yaradılmasını rədd edən qətnamə qəbul etməsi İsrailin beynəlxalq hüquqa və razılaşmalara məhəl qoymamasının bir daha sübutudur”, - Türkiyə Xarici İşlər Nazirliyi bildirib.

Qeyd olunur ki, paytaxtı Şərqi Qüdslə 1967-ci il sərhədləri daxilində müstəqil və suveren Fələstin Dövlətinin yaradılması beynəlxalq hüququn tələbidir.

Knesset daha əvvəl səs çoxluğu ilə Fələstin dövlətinin yaradılmasına qarşı "prinsipial mövqeyi” haqqında bəyannaməni təsdiqləmişdi. Orada deyilir ki, Fələstin dövlətçiliyi "İsrail Dövləti və onun vətəndaşları üçün ekzistensial təhlükə yaradacaq”, "terrorçuluğun mükafatı”, "münaqişəni davam etdirəcək” və "regionda sabitliyi pozacaq”.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM