"Təhlükəsizliklə bağlı vəziyyətin qiymətləndirilməsi və bununla bağlı narahatlıqlar fonunda prezident Hersoq iqlim konfransında iştirak etmək üçün Azərbaycana səfərini ləğv etmək qərarına gəlib”, - deyə məlumatda bildirilir.
Caliber.az-ın məlumatına görə, İsaak Hersoqun Azərbaycana gəlməməsinin səbəbi Türkiyənin İsrail Prezidentinin təyyarəsinin öz hava məkanından istifadəsinə qadağa qoymasıdır.
"Qafqazinfo”nun əldə etdiyi digər məlumata görə, İsrail tərəfi problemin həlli üçün Azərbaycana müraciət edib, hətta, Prezident Hersoq Azərbaycan Prezidenti İlham Əliyevə zəng də edib. Amma Azərbaycan tərəfinin məsələ ilə bağlı Türkiyə ilə məsləhətləşmə və müzakirələri nəticə verməyib.
Bizi sosial şəbəkələrdə izləyin !